“Milan”ı Kostakurta çalışdıra bilər
23.09.2008 - 18:16
Bakı. Mehman Süleymanov - APA-Sport. İtaliyanın “Milan” klubunun yeni baş məşqçisi əfsanəvi futbolçusu Alessandro Kostakurta ola bilər. “APA-Sport”un məlumatına görə, komandanın vitse-prezidenti Adriano Qalliani İtaliya mətbuatında veteran müdafiəçinin təyinatının yaxın vaxtlarda reallaşmasının mümkünlüyünü bəyan edib.
Qalliani 42 yaşlı Kostakurtanın baş məşqçi kimi təcrübəsinin olmamasına baxmayaraq, ona güvəndiyini söyləyib: “Heç şübhə etmirəm ki, Alessandro komandanın baş məşqçisi vəzifəsinin öhdəsindən gələ biləcək. O, bunun üçün bütün lazımi xüsusiyyətlərə malikdir. Üstəlik, Kostakurta karyerasının ən yaxşı illərini “Milan”a verərək, onun bir hissəsi olub. Futbolçunun komandamız üçün xidməti böyük olub”.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0