100 milyon avroluq hücumçu
24.09.2008 - 10:16
100 milyon avroluq hücumçu
Bakı. Kənan Həsənov - APA-Sport. Fransanın “Lion” klubu Kərim Benzemanın transfer qiymətini açıqlayıb. “APA-Sport”un məlumatına görə, ölkəsinin yığmasının da formasını geyinən gənc hücumçunu transfer etmək istəyən komanda 100 milyon avrosundan keçməlidir.

“Lion”un prezidenti Jan Mişel Ola futbolçunun müqaviləsində belə bir bəndin olduğunu təsdiqləyib. Benzemanın Fransa çempionu ilə müqaviləsinin müddəti 2013-cü ilədək nəzərdə tutulub.
0