Ronaldinyo həbs oluna bilər
24.09.2008 - 10:36
Ronaldinyo həbs oluna bilər
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Braziliya milli komandasının oyunçusu Ronaldinyo istintaqa cəlb olunub. “APA-Sport”un məlumatına görə, “Milan”ın 28 yaşlı yarımmüdafiəçisi narkotik alverində təqsirləndirilən Riçard Martinslə əlaqələrinin səbəbi araşdırılır.
Ronaldinyo “Mançester Yunayted”in futbolçusu Andersonun evində yaxalanan Martinslə şəxsi məsələlər üçün dəfələrlə görüşüb. Polisin yaxın günlərdə Ronaldinyonun evində axtarış aparmaq üçün order alacağı gözlənilir.
0