Əmrə: “Mən “Fənərbaxça”ya pul qazanmaq üçün gəlməmişəm”
25.09.2008 - 10:23
Bakı - APA-Sport. “Mən buraya deyildiyi kimi, yaxşı pul qazanmaq üçün gəlmədim. İngiltərədə də qazancım bu qədər idi. Seçimimin səbəbi komandanın prezidenti Əziz Yıldırım və ailəmin “Fənərbaxça”lı olmasıdır”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Fənərbaxça” klubunun üzvü Əmrə Bələzoğlu söyləyib.
Türkiyə yığmasının kapitanı uşaqlıqdan “Fənərbaxça”lı olduğunu deyib: “Bu həqiqətən belədir. Evimizdə hamı “Fənərbaxça”ya azarkeşlik edirdi. Mən təsadüf nəticəsində 13 yaşında “Qalatasaray”da peyda oldum. Bu klubda böyük işlər gördüyümü düşünürəm. Eyni zamanda, gözəl günlər keçirdiyimi də inkar edə bilmərəm”.
Əmrə “Qalatasaray”la derbilər haqda da fikirlərini bölüşüb və sabiq komandasına qol vurmaq istədiyini vurğulayıb: “İnşallah belə də olar. Hər komandaya qol vurduğum zaman necə sevinirəmsə, “Qalatasaray”ı məyus edən anda da eyni hissləri büruzə verəcəyəm”.
28 yaşlı yarımmüdafiəçi karyerasını “Fənərbaxça”da başa vurmaq və futboldan uzaqlaşmaq istədiyini də bildirib.

0
0