Ponomaryovun ilk qələbəsi
25.09.2008 - 10:26
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının futbolçusu Anatoli Ponomaryovun çıxış etdiyi İsveçin “Degerfors” klubu uğursuz seriyaya son qoyub. “APA-Sport”un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçinin komandası 4 aylıq fasilədən sonra ilk qələbəsini qazanıb. Birinci dəstənin 25-ci turu çərçivəsində “Landskrona”nı qəbul edən “Degerfors” 2:0 hesabı ilə qalib gəlib. Start heyətində meydana çıxan Anatoli 68-ci dəqiqədə vurulan ikinci qolun ötürməsini verib. Mövsümdə üçüncü dəfə assistentlik edən Ponomaryov 84 dəqiqə meydanda olub. Sonuncu dəfə mayın 31-də qalib gələn degerforslular son 16 qarşılaşmada üç xala həsrət idi.
0
0