Rivaldo Asiyada “at oynadır”
25.09.2008 - 10:31
Bakı. Mehman Süleymanov - APA-Sport. Məşhur braziliyalı futbolçu Rivaldo Asiyada “at oynadır”. “APA-Sport”un məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi bir aydır şərəfini qoruduğu Özbəkistanın “Bunedkor” klubunu Asiyanın Çempionlar Liqasının yarımfinalına çıxarıb. İranın “Saypa” klubu ilə səfərdə 2:2 hesablı heç-heçə edən daşkəndlilər evdə keçirdikləri cavab görüşündə rəqibini darmadağın ediblər – 5:1. Oyunun 45-ci dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirən Rivaldo yeni komandasının heyətində meydana çıxdığı hər üç matçda qol vurub.
“Bunedkor”u yarımfinalda Avstraliyanın “Adeliada Yunayted” klubu ilə görüşəcək. İlk oyun oktyabrın 8-də “yaşıl qitə”də, cavab görüşü iki həftə sonra Daşkənddə keçiriləcək.
Qeyd edək ki, yarımfinalın digər cütünü Yaponiyanın “Qamba Osaka” və “Urava Reds” klubları təşkil edir.

0
0