Ardanın müştəriləri artır
25.09.2008 - 11:07
Bakı - APA-Sport. Türkiyənin “Qalatasaray” klubunun gənc futbolçusu Arda Tutanın müştərilərinin sayı çoxalır. “APA-Sport”un məlumatına görə, indi də 21 yaşlı yarımmüdafiəçiyə “Roma” klubu “elçi” düşüb.
İtaliya təmsilçisinin rəhbərliyi Ardanı dövrələrarası fasilədə transfer etməyi düşünür. “Roma” bu məqsədlə “Qalatasaray”a 18 milyon avro təklif edəcək.
Qeyd edək ki, Turan İngiltərənin “Arsenal” və “Everton” klublarının da maraq dairəsindədir. Ada təmsilçiləri bu transfer qarşılığında “Qaalatasaray”a 15 milyon avro təklif ediblər.

0
0