Zikonun şəkli tualet qapısında
25.09.2008 - 11:19
Bakı - APA-Sport. Braziliya məhkəməsi dünyanın ən məşhur futbolçularından biri Romario haqda sərt qərar çıxarıb. “APA-Sport”un məlumatına görə, dünya çempionu Braziliya yığmasının sabiq baş məşqçisi Mario Zaqallo və onun köməkçisi, bu ilin yayınadək “Fənərbaxça”nı çalışdırmış Artur Zikoya 1 milyon dollar təzminat ödəyəcək.
Buna səbəb Romarionun məşqçilərin şərəf və ləyaqətini alçaltmasıdır.
Məsələ burasındadır ki, istedadlı hücumçu Zaqallo və Ziko tərəfindən 1998-ci ildə Fransada keçirilmiş dünya çempionatına aparılmamasına qeyri-adi üsulla etiraz edib. O, sahibi olduğu “Qol” kafesində tualetin qapısına hər iki məşqçinin karikaturasını çəkdirib. Rüsvayçı şəkildə təqdim edilən Zaqallo və Zikonun karikaturası sonradan böyük qalmaqal yaradıb.
Nəticədə qarşı tərəf Romarionu məhkəməyə verib və onun külli miqdarda cərimələnməsinə nail olub.

0
0