Türk futbolçu qol vurdu və öldü
25.09.2008 - 11:49
Bakı - APA-Sport. Almaniyanın aşağı liqası çərçivəsində keçirilən oyun faciə ilə nəticələnib. “APA-Sport”un məlumatına görə, “Maynts Ditib Türkgücü” klubunun üzvü Ufuk Akkaynak görüşün 43-cü dəqiqəsində gözlənilmədən yerə yıxılıb.
Meydanda təxminən 90 dəqiqə tibbi müdaxilə olunan türk hücumçu daha sonra xəstəxanaya aparılıb. Amma onun həyatını xilas etmək mümkün olmayıb. 26 yaşlı Akkaynak ürək tutmasından vəfat edib.
Qeyd edək ki, həmin anda “Maynts Ditib Türkgücü” 2:0 hesabı ilə öndə olub. Rəqib, “Uilli Uakker” klubunun qapısına ikinci qolu məhz Ufuk vurub.

0
0