Braziliyada Rivaldonu dəli adlandırıblar
25.09.2008 - 12:22
Bakı. Mehman Süleymanov - APA-Sport. “Hacievskinin məni əvəzedici heyətə yollamasında heç bir problem yoxdur. Görünür, baş məşqçi mənə arxayın olmaq üçün burada sınaqdan keçirir”. “APA-Sport”un məlumatına görə, bunu “Bakı” klubunun braziliyalı futbolçusu Bruno Bastelli deyib.
Braziliyanın məşhur “Santos” komandasının yetirməsi olan 22 yaşlı hücumçunun fikrincə, peşəkar futbolçu üçün hansı klubda çıxış etmək önəmli deyil: “Əsas necə oynamaqdır. Həmyerlim Rivaldo Yunanıstanın “Olimpiakos” klubuna keçəndə hamı onu dəli adlandırmışdı. “Bakı”ya düşdüyüm üçün özümü şanslı hesab edirəm. Çempionlar Liqasında çıxış etmək ən böyük arzularımdandır. Azərbaycanda özümü göstərməklə, Avropanın ortabab klublarından birinə də keçmək olar. “Santos”da məni avropalılar görmürdü. Burada isə belə deyil”.
Bakını həm gözəlliyi, yeni tikililərə, həm də çoxlu tıxaclara görə San-Pauloya bənzədən Bruno komandalarımızın çox sürətli futbol oynadığını söyləyib. Onun daha bir arzusu yığmamızda çıxış etməkdir: “Həmyerlilərimin Azərbaycan millisində oynamağında heç bir problem görmürəm. Bəlkə millinizin formasını geyinən beşinci braziliyalı elə mən özüm oldum. Əlbəttə, bunun üçün var gücümlə çalışmalıyam. “Bakı”nın əsas heyətinə düşəcəyimə söz verirəm. Mən Azərbaycana pul qazanmağa gəlməmişəm. Hələ gəncəm və əsas məqsədim karyera qurmaqdır”.

0
0