Litmanen ayağa qalxıb
25.09.2008 - 14:27
Litmanen ayağa qalxıb
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Oktyabrın 11-də dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Finlandiya yığması kapitansız qala bilər. “APA-Sport”un məlumatına görə, skandinaviyalıların kapitanı Yari Litmanenin Helsinkinin Olimpiya stadionundakı görüşdə iştirak etməsi sual altındadır. Finlandiyanın tarixində yığmanın heyətində hamıdan çox – 115 oyun keçirib, hamıdan çox da - 30 qol vuran yarımmüdafiəçi xəstəlikdən yeni qurtulub. Qripin ağır virusu ilə yoluxan Yari neçə müddət idi ki, futboldan kənar qalmışdı. Bu xəstəlik üzündən Almaniya ilə sentyabrın 10-da baş tutan qarşılaşmanı buraxan Litmanen artıq məşqlərə başlayıb. Lakin futbolçu yalnız öz evində fərdi hazırlıq keçməklə kifayətlənir. O yalnız sağlamlığı tam imkan verdiyi vaxt çıxış etdiyi “Laxti” klubunun məşqlərinə qatılacaq.
0