Volkan bağışlandı
26.09.2008 - 09:51
Bakı - APA-Sport. Türkiyə Futbol Federasiyasının Apelyasiya Komitəsi “Fənərbaxça” klubunun qapıçısı Volkan Dəmirələ verilən cəzanı ləğv edib. “APA-Sport”un məlumatına görə, Türkiyə yığmasının qapıçısı Superliqa çərçivəsində “Sivaspor”la bu gün səfərdə keçiriləcək oyunda çıxış edə biləcək.
Dəmirəl sentyabrın 13-də “Hacettepe” ilə qarşılaşmada qırmızı vərəqə alaraq komandasının məğlubiyyətinə səbəb olmuşdu. Nizam İntizam Komitəsi isə qapıçıya iki oyunluq cəza vermişdi. Volkan bu səbəbdən komandasının “Gənclərbirliyi”nə qarşı oyununda forma geyməmişdi.

- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
0
0