Bekkenbauerdən Azərbaycana xoş xəbər
26.09.2008 - 10:29
Bakı. Mehman Süleymanov - APA-Sport. Avropa çempionatlarının (AÇ) final mərhələsində çıxış edəcək komandaların sayının artırılması rəsmiləşib. “APA-Sport”un məlumatına görə, UEFA-nın İcraiyyə Komitəsinin (İK) Fransanın Bordo şəhərində keçirilən iclasında bununla bağlı qərar qəbul olunub.
Bu haqda məlumat verən İK-nın üzvü Frants Bekkenbauer deyib ki, 2016-cı ildən Avropa çempionatının final mərhələsində 16 yox, 24 komanda qatılacaq. Yeni qərar bu gün keçiriləcək xüsusi mətbuat konfransında rəsmən bəyan olunacaq.
UEFA-nın yeniliyi Azərbaycan milli komandasının indiyədək qatıla bilmədiyi AÇ-nin final mərhələsinə çıxmaq şansını artırıb.
Qeyd edək ki, 1960-76-cı illərdə 4, 1980-92-ci illərdə 8, 1996-cı ildən indiyədək isə AÇ-nin həlledici mərhələsində 16 komanda mübarizə aparırdı.

- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
0
0