Terim: “Çoxları Maurinyonu sevmir”
26.09.2008 - 10:39
Terim: “Çoxları Maurinyonu sevmir”
Bakı - APA-Sport. Türkiyə yığmasının baş məşqçisi Fatih Terim İtaliya çempionatı haqda maraqlı açıqlamalar verib. “APA-Sport”un məlumatına görə, təcrübəli mütəxəssis son çempion “İnter”i çalışdıran Joze Mourinyonu tərifləyib: “Bir çox insan onu sevmir. Amma mən tam tərsini düşünürəm. Mourinyo çox yaxşı mütəxəssisdir”.

Terim İtaliya A seriyasında çempionluq mübarizəsində “Yuventus” klubunun da yer alacağını bildirib: “Bu komanda əvvəlki günlərinə qayıdacaq. Çünki “Yuventus” hər zaman “Yuventus”dur. Çempionluğun ən böyük favoritlərindən biridir”.
0