Luçesku “Beşiktaş”a yol göstərdi
26.09.2008 - 12:25
Luçesku “Beşiktaş”a yol göstərdi
Bakı - APA-Sport. Rumıniyalı mütəxəssis Mirça Luçesku Türkiyənin “Beşiktaş” klubuna xəbərdarlıq mesajı göndərib. “APA-Sport”un məlumatına görə, komandanın sabiq baş məşqçisi UEFA kubokunun I turu çərçivəsində Xarkovda yerli “Metallist” klubu ilə qarşılaşacaq istanbulluları diqqətli olmağa səsləyib: “Rəqib komanda oyun başlayan kimi güclü təzyiq edir. Bu dəqiqələr çox önəmlidir. Çünki hesab tez açılmayanda ukraynalılar ruhdan düşür və müdafiədə boşluqlar verirlər”.

“Beşiktaş” və “Qalatasaray”la Türkiyə çempionluğunu qazanan, hazırda isə “Şaxtyor” klubunda çalışan Luçesku Türkiyə təmsilçisinin turnirin qrup mərhələsinə adlayacağına inandığını qeyd edib: “Yaxşı müdafiə olunmaqla rəqibi hirsləndirmək lazımdır. “Beşiktaş” bunu bacarsa, işi asan olacaq”.

Qeyd edək ki, bu komandaların İstanbulda baş tutan ilk oyunu “Beşiktaş”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


0