“Hiddink” adına stadion...
26.09.2008 - 13:03
“Hiddink” adına stadion...
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Hollandiyalı mütəxəssis Qus Hiddinkin adına stadionun tikintisi planlaşdırılıb. “APA-Sport”un məlumatına görə, “Qraafşap” klubunun rəhbərliyi yeni inşa olunacaq 25 min azarkeş tutan arenaya Rusiya yığmasının baş məşqçisinin adını verəcək. Mütəxəssisin adını bu yolla əbədiləşdirəcək klub Hiddink üçün doğma sayılır. Belə ki, o məşqçi kimi ilk addımlarını da futbolçu karyerasını başlayıb-bitirdiyi “Qraafşap”da atıb.

Qeyd edək ki, Hiddink çalışdığı hər ölkədə ad qazanıb. Dünya çempionatının yarımfinalına çıxardığı Cənubi Koreyada heykəli qoyulan mütəxəssisin şəkilləri kağız pulların da üstünü bəzəyir. Avstraliyalılar isə Hiddinkə ömürlük güzəşt edib. Onun üçün “yaşıl” qitəyə bütün səfərlər, həmçinin oradakı restoranların hamısındakı xidmət də pulsuzdur.
0