Çempionlar Liqasının finalı “Uembli”də
26.09.2008 - 17:19
Çempionlar Liqasının finalı “Uembli”də
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. 2011-ci il Çempionlar Liqasının final oyununun keçiriləcəyi yer məlumdur. “APA-Sport”un məlumatına görə, həlledici görüş Londonun “Uembli” stadionunda keçiriləcək. Əslində, həmin oyunla bağlı rəsmi qərar UEFA İcraiyyə Komitəsinin bu ilin dekabrında keçiriləcək iclasında açıqlanmalı idi. Lakin qurumdakı etibarlı mənbələr finalın “Uembli”yə veriləcəyi ilə bağlı məlumatı mətbuata sızdırıb.

Hələ 2010-cu ilin final matçını qəbul etməli olan stadionun vergilərlə bağlı problemləri yarandığından ingilislər təşkilatçılıqdan imtina etməli olmuşdu. Bu səbəbdən həmin qarşılaşma Madridin “Santyaqo Barnabeu” stadionuna verilmişdi. UEFA və Britaniya hökumətinin bu problemi qaydasına qoyduğundan itirilən təşkilatçılığın əvəzinə növbəti finalın Londona hədiyyə olunacağı inandırıcı görünür.
0