UEFA transferlərə məhdudiyyət qoyacaq
27.09.2008 - 10:39
UEFA transferlərə məhdudiyyət qoyacaq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. UEFA transferlərə məhdudiyyət qoyacaq. “APA-Sport”un məlumatına görə, Avropa futbol qurumu gənc futbolçuların beynəlxalq transferlərinə qadağa qoymaq istəyir. Bu məsələ UEFA İcraiyyə Komitəsinin Fransanın Bordo şəhərində keçirilən iclasında müzakirəyə çıxarılıb.

Gənc futbolçuların keçidlərini tənzimləyən xüsusi əsasnamə hazırlamaq təklifi ilə çıxış edən qurum rəsmiləri məsələni xırdalıqlarına qədər öyrənmək qərarına gəlib. Bununla yanaşı, futbolçunun onu yetişdirən kluba bağlılığı da müzakirə olunub. UEFA təklif etdiyi əsasnamədə oyunçuları ilk peşəkar müqaviləsini məhz onu yetişdirən klubla bağlamaq məcburiyyətində qoyan qanunun işlənməsinin də tərəfdarıdır.

Qeyd edək ki, qurumun prezidenti Mişel Platini “Arsenal”ın timsalında 14-15 yaşlı əcnəbiləri transferinin qəti əleyhdarıdır.
0