Azarkeşlər Ronaldo üçün pul yığır
27.09.2008 - 10:40
Bakı. Mehman Süleymanov - APA-Sport. Braziliyanın “Flamenqo” klubunun bir qrup azarkeşi Ronaldo üçün pul yığmaya başlayıb. “APA-Sport”un məlumatına görə, onların məqsədi topladıqları maliyyə vəsaiti hesabına 32 yaşlı hücumçunu komandaya qaytarmaqdır. Azarkeşlər bu məqsədlə “Ronaldo, qal “ yazısı olan klubun 9 nömrəli formasını satışa çıxarıblar. Bununla da onlar 530 min dollara sahib çıxacaqlarına ümid edirlər. Həmin məbləğ 1997 və 2002-ci illərdə “Qızıl top”un sahibi olan Ronaldonun yenidən klubda çıxış etməsinə imkan yaradacaq.
Qeyd edək ki, Ronaldonun son klubu olan “Milan” onunla iyunun 30-da başa çatan müqaviləni uzatmaqdan imtina edib.
Qeyd edək ki, Ronaldonun son klubu olan “Milan” onunla iyunun 30-da başa çatan müqaviləni uzatmaqdan imtina edib.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0