Poqrebnyakın almanlarla bağladığı müqavilə gizlədilir
27.09.2008 - 13:17
Poqrebnyakın almanlarla bağladığı müqavilə gizlədilir
Bakı. Mehman Süleymanov - APA-Sport. Rusiyanın “Zenit” klubunun hücumçusu Pavel Poqrebnyak karyerasını Almaniyada davam etdirəcək. “APA-Sport”un məlumatına görə, Rusiya yığmasının 25 yaşlı üzvü “Bavariya” ilə müqavilə bağlayıb. Maraqlıdır ki, rəsmi anlaşma hələ də gizli saxlanılır. Buna əsas səbəb Pavelin “Zenit”lə bir ildən çox müqaviləsinin olmasıdır.
Qeyd edək ki, Poqrebnyak ötən mövsüm “Zenit”lə qazandığı UEFA kubokunun yarımfinalında “Bavariya” ilə görüşdə (4:0) “dubl” edib.
0