Naci Şensoy istefa verdi
27.09.2008 - 14:28
Naci Şensoy istefa verdi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Vaxtilə Tovuzun “Turan” klubunu çalışdıran Naci Şensoy yenə işsiz qalıb. “APA-Sport”un məlumatına görə, Bolqarıstanın güclülər dəstəsində çıxış edən “Belasitsa” komandasının baş məşqçisi postundan istefa verən türkiyəli çalışdırıcı qərarını telefonla açıqlayıb. İstanbuldan klub rəhbərliyinə zəng vuran Şensoy vəzifəsindən ayrıldığını bəyan edib.

Onu əvəzləyəcək köməkçisi Dobromir Mitova uğurlar arzulayan Naci bəy istefasının səbəbini açıqlayıb: “Ailəmlə birlikdə hər şeyi yaxşı ölçüb-biçdik. Belə nəticəyə gəldik ki, bundan sonra “Belasitsa”da qalmaq mənasızdır. Vitse-prezident Qoran Petrovla telefon əlaqəsi yaradaraq qərarımı açıqladım. O isə bununla razılaşmadı. Klubumuzun prezidenti Kostadin Hacivanovun həbsindən sonra orada nə işim vardı? Ancaq qərarımın düzgün olduğuna əminəm. Prezidentimiz səviyyəli oyunçuları transfer etməsə də, məndən ilk “altılığ”a düşməyi qarşımıza məqsəd qoymuşdu”

Qeyd edək ki, Şensoyun rəhbərliyi altında 6 çempionat oyununda 1 qol vurub 8-ni buraxan “Belasitsa” 16 komanda arasında sonuncu pillədə qərarlaşıb.
0