Venger “Arsenal”dan gedir
27.09.2008 - 15:13
Venger “Arsenal”dan gedir
Bakı - APA-Sport. Arsen Venger İngiltərənin “Arsenal” klubundan ayrılmağı düşünür. “APA-Sport”un məlumatına görə, fransalı mütəxəssis bu haqda ciddi fikirləşdiyini bildirib.

“Öz müqaviləmi heç vaxt düşünməmişəm. 2011-ci ilədək tam gücümlə işləyib, bundan sonra isə ciddi fikirləşəcəyəm. Əvvəl kimsə 12 il “Arsenal”ı çalışdıracağımı desə, bu məndə gülüş doğurardı”.

Bəxtli məşqçi olduğunu etiraf edən Venger uğurlu fəaliyyət göstərdiyini düşünür: “Yeddi il “Monako”da işlədim ki, bu da Fransa üçün böyük müddətdir. 19 illik karyeram ərzində cəmi iki komandanı çalışdırmışam. Bu böyük nailiyyətdir. Karyeram ərzində bəxtim gətirib. Həyat yoldaşıma məşqçilikdən gedəcəyim haqda iki dəfə söz versəm də, əməl etməmişəm. İndi onunla yenidən bu məsələni müzakirə etmək istəmirəm”.
0