Advokat Putinə nə deyib?
27.09.2008 - 16:14
Advokat Putinə nə deyib?
Bakı. Mehman Süleymanov - APA-Sport. Sankt-Peterburqun “Zenit” klubunun baş məşqçisi Dik Advokat Rusiyadakı məşqçilik fəaliyyətini başa vurmağa düşünür. “APA-Sport”un məlumatına görə, bu gün 61 yaşı tamam olan holland mütəxəssis vətəninə qayıtmaq istəyindədir. Rusiyanın baş naziri Vladimir Putin ad gününü təbrik etmək məqsədilə iqamətgahında qəbul etdiyi Advokatdan gələcək planları ilə maraqlanıb. “Zenit”in çalışdırıcısı komandada qalacağına təminat verməyib: “Bu, çətin məsələdir. Mən ciddi qərar qəbul etməliyəm. Çünki doğmalarım evə qayıtmağımı istəyir. Həmkarlarım bu komanda ilə yaxşı nəticə qazanmağın mümkünlüyünü deyir. Bizim peşəkarlardan qurulan gözəl komandamız var və bundan da yaxşı çıxış edə bilərik. Ancaq təəssüf ki, mən cavan deyiləm və yaxınlarım, ailə üzvlərimlə daha çox olmağım haqda fikirləşməliyəm”.
Qeyd edək ki, Advokat 2006-cı ilin yayından rəhbərlik etdiyi “Zenit”ə ölkə çempionluğu və Rusiya Superkuboku, beynəlxalq miqyasda UEFA kuboku və Superkuboku qazanıb.
0