Suraxanıda qan töküldü
27.09.2008 - 18:05
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasının hesabat turu çərçivəsində Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən “Qarabağ” – “Simurq” oyunundan (0:2) sonra qalmaqal yaranıb. “APA-Sport”un məlumatına görə, doğma komandalarının növbəti məğlubiyyətinə dözməyən “Qarabağ”ın azarkeşləri baş məşqçi Qurban Qurbanovu istefaya çağırıblar.
Final fitindən sonra stadionu tərk etməyən azarkeşlərlə Ağdam klubunun nümayəndələri arasında insident yaranıb. Nəticədə futbol həvəskarlarından birinin başı yarılıb. Yalnız polislərin müdaxiləsindən sonra azarkeşlər stadiondan çıxarılıblar. Ancaq onlar arenanın qapısı ağzında da “İstefa, istefa!” şüarlarını səsləndiriblər. Vəziyyətin ciddi olduğunu görən Qurban Qurbanov da hələ stadionda olarkən azarkeşlərə yaxınlaşaraq, onları sakitləşdirməyə çalışıb.
Qeyd edək ki, cari mövsümdə keçirdiyi 6 oyunun 3-də uduzan “Qarabağ” öz meydanında qələbə üzünə həsrət qalıb.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0