Gede “Neftçi”nin iki futbolçusunu cəzalandırıb
27.09.2008 - 18:13
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi”nin baş məşqçisi Hans-Yurgen Gede “Turan”la oyundan sonra (0:0) ciddi tədbirlərə əl atıb. “APA-Sport”un məlumatına görə, almaniyalı çalışdırıcı Elnur Allahverdiyevlə Rəşad Sadiqovu ikinci komandaya göndərib. Gede narazı qaldığı bu oyunçuları hazırlıq səviyyəsini yüksəltməyənədək geri qaytarmaq fikrində deyil. Elnur və Rəşad yayda İntertoto kubokunda uğurla çıxış edərək, qol da vurublar.
Qeyd edək ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Allahverdiyevi sentyabrın 29-dan oktyabrın 2-dək keçiriləcək təlim-məşq toplanışına çağırıb.
Qeyd edək ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Allahverdiyevi sentyabrın 29-dan oktyabrın 2-dək keçiriləcək təlim-məşq toplanışına çağırıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0