Semih “Fənərbaxça”nı şoka saldı
28.09.2008 - 16:32
Semih “Fənərbaxça”nı şoka saldı
Bakı - APA-Sport. “Fənərbaxça” Çempionlar Liqası qrup mərhələsinin ikinci turunda Kiyev “Dinamo”su ilə oyun ərəfəsində ciddi itki ilə üzləşib. “APA-Sport”un məlumatına görə, komandanın hücumçusu Semih Şəntürk sıradan çıxıb.

Türkiyə mətbuatının yazdığına əsasən, 25 yaşlı futbolçu məşqdə sol ayağından zədələnib. Ona ilk tibbi yardım meydanda göstərilsə də, daha sonra xəstəxanaya aparılıb. Semihin sentyabrın 30-da İstanbulda “Dinamo”ya qarşı mübarizə aparmayacağı bildirilir. Amma bəzi mənbələrdə zədənin yüngül olduğu və hücumçunun matçın startınadək tam sağalacağı qeyd olunur.

Semihin zədələnməsi xəbəri “Fənərbaxça” azarkeşlərini şoka saldığı bir vaxtda, brazilyalı Deyvid de Souza məşqlərə qatılıb. Yayda keçirilən təlim-məşq toplnışında ayağı sındığından cari mövsümdə “sarı-lacivərdli” formanı geyinməyən 29 yaşlı hücumçu böyük ehtimalla, “Dinamo” ilə görüşdə komandasına yardım edəcək.


0