Kaka: “Qızıl top”a Ronaldo layiqdir”
28.09.2008 - 18:41
Bakı - APA-Sport. Braziliya milli komandasının və “Milan”ın üzvü Kaka 2008-ci ildə dünyanın ən yaxşısı olmağa layiq futbolçunun adını açıqlayıb. “APA-Sport”un mılumatına görə, 26 yaşlı yarımmüdafiəçi “Qızıl top” mükafatına portuqaliyalı Kriştianu Ronaldonu layiq sayıb.
“Fikrimcə, bu müsabiqədə Ronaldonun əsas rəqibi Zlatan İbrahimoviç olacaq. Ancaq istənilən halda, “Qızıl top” Ronaldoya verilməlidir. O, bu mükafata ötən mövsüm göstərdiyi parlaq oyuna görə layiqdir” – deyə Kaka bildirib.
Qeyd edək ki, “Qızıl top” mükafatı hər il “France Football” jurnalı tərəfindən dünyanın ən yaxşı futbolçusu seçilən şəxsə təqdim olunur. 2007-ci ildə bu mükafatı Kaka qazanıb.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0