Çempionlar Liqasında ikinci tur başlanır
29.09.2008 - 12:34
Çempionlar Liqasında ikinci tur başlanır
Bakı - APA-Sport. Sabah UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci tur start götürəcək. “APA-Sport”un məlumatına görə, turun ilk günündə, E, F, G və H qruplarında yarışan komandalar mübarizəyə qoşulacaqlar.

Turun ən maraqlı qarşılaşmalarından biri Sankt-Peterburqda olacaq. “Petrovski” stadionunda UEFA kubokunun son qalibi “Zenit” Çempionlar Liqasının favoriti sayılan “Real”la qüvvəsini sınayacaq. Oyun həm də hollandiyalı (Dik Advokat) və almaniyalı (Bernd Şuster) məşqçilərin dueli kimi xarakterizə olunur.

“Fənərbaxça” doğma publika önündə ilk matçına çıxacaq. Eyni zamanda, “Bavariya” Fransa çempionu “Lion”u qonaq edəcək. Yarışın axırıncı qalibi “Mançester Yunayted”i isə Danimarkada çətin sınaq gözləyir. Rəqib bir o qədər də güclü olmasa da, “Olborq”un ilk turda səfərdə “Seltik”ə ciddi müqavimət göstərməsini (0:0) unutmaq lazım deyil.


UEFA Çempionlar Liqası, 2-ci tur

30 sentyabr

E qrupu
“Olborq” (Danimarka) - “Mançester Yunayted” (İngiltərə)
“Vilyareal” (İspaniya) - “Seltik” (Şotlandiya)

F qrupu
“Bavariya” (Almaniya) - “Lion”(Fransa)
“Fiorentina” (İtaliya) - “Styaua” (Rumıniya)

G qrupu
“Arsenal” (İngiltərə) - “Portu” (Portuqaliya)
“Fənərbaxça” (Türkiyə) - “Dinamo” (Kiyev, Ukrayna)

H qrupu
“Zenit” (Rusiya) - “Real” (İspaniya)
BATE (Belarus) - “Yuventus” (İtaliya)

Qeyd: “Zenit” - “Real” matçı Bakı vaxtı ilə saat 21:30-da, qalan bütün oyunlar isə 23:45-də başlanacaq.
0