İtaliyada Ələkbər Məmmədovu tanımırlar?
30.09.2008 - 15:52
İtaliyada Ələkbər Məmmədovu tanımırlar?
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakıda səfərdə olan “Milan” klubunun əfsanəvi futbolçuları Franko Barezi və Daniel Massaronun iştirakı ilə bu gün keçirilən mətbuat konfransında maraqlı hal yaşanıb. “APA-Sport”un məlumatına görə, dünya çempionları yerli jurnalistlərin verdiyi suallardan birini cavablandıra bilməyiblər.

“San Siro” stadionunda “Milan”ın qapısına 1 oyunda 4 qol vuran yeganə futbol kimdir” sualı Barezi və Massaro tərəfindən təəccüblə qarşılanıb. Onlar belə oyunçu tanımadıqlarını bildiriblər. Media təmsilçiləri bu futbolçunun azərbaycanlı Ələkbər Məmmədov olduğunu deyəndə isə Barezi və Massaronun təəccübü daha da artıb. İtaliyalılar azərbaycanlı futbolçunun “Milan”la matçda 4 dəfə fərqlənməsi faktına həm də gülüşlə reaksiya veriblər.

Qeyd edək ki, Azərbaycanın veteran futbolçusu, AFFA İcraiyyə Komitəsinin üzvü, “Şöhrət” ordenli Ələkbər Məmmədov ötən əsrin 50-ci illərində Moskva “Dinamo”sunun heyətində çıxış edərkən, səfərdə “Milan”a qarşı keçirilmiş yoldaşlıq görüşündə 4 qol vurub.
0