“Milan” Bakıda yoldaşlıq görüşü keçirə bilər
30.09.2008 - 18:50
Bakı. Mehman Süleymanov - APA-Sport. İtaliyanın “Milan” komandası Bakıda Azərbaycan klublarından biri ilə yoldaşlıq görüşü keçirə bilər. “APA-Sport”un məlumatına görə, bu haqda paytaxtımızda səfərdə olan “Milan”ın əfsanəvi futbolçusu Daniel Massaro məlumat verib.
“Milan Junior Camp” layihəsi çərçivəsində Bakıya təşrif buyurmuş dünya çempionu belə deyib: “Sizin komandalarla avrokuboklarda qarşılaşmağı arzulayıram. Əgər püşk klublarımızı qitə miqyaslı yarışlarda üz-üzə gətirməsə, “Milan”ın yoldaşlıq görüşü keçirmək üçün Bakıya gələcəyi istisna deyil”.
Massaro, həmçinin Azərbaycanda futbolun inkişafı naminə görülən işləri bəyəndiyini söylərək, ölkəmizdə “idmanın şahı”nın böyük potensiala malik olduğunu vurğulayıb.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0