“Fənərbaxça” dünyanın 15-ci komandasıdır
02.10.2008 - 09:44
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Dünyanın ən güclü klublarının reytinq cədvəli açıqlanıb. “APA-Sport”un məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi siyahıda iki “hakimiyyətlik”dir. İngiltərə klubları – “Mançester Yunayted” və “Çelsi” 267 xalla planetin 350 ən yaxşı komandasının sıralamasına başçılıq edir. Liderlərdən 8 xal geri qalan İspaniya “Barselona”sı üçüncü pillədə qərarlaşıb. Azərbaycan klublarının yer almadığı siyahıda Türkiyə təmsilçilərindən “Fənərbaxça” 15, “Qalatasaray” 55, “Beşiktaş” 58, “Kayserispor” 181, “Sivasspor” 273, “Gənclərbirliyi” 325-ci yerdədir. Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiçin çıxış etdiyi Serbiyanın “Srvena Zvezda” isə dünyanın 175-ci komandasıdır.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0