Araqonesi kim əvəzləyəcək: Luşemburqu, yoxsa Zakkeroni?
02.10.2008 - 10:43
Bakı. Mehman Süleymanov - APA-Sport. “Fənərbaxça” klubunun baş məşqçi postunda Luis Araqonesi əvəzləyəcək mütəxəssislərin adları açıqlanıb. “APA-Sport”un məlumatına görə, 70 yaşlı ispan mütəxəssisin yerinə ən real namizəd braziliyalı Vanderley Luşemburqu sayılır. “Fənər”in prezidenti Əziz Yıldırımın isə baş məşqçi postuna “Milan”ın sabiq çalışdırıcısı Alberto Zakkeroniyi gətirmək istədiyi iddia edilir. Məlumatda bildirilir ki, Yıldırım Araqoneslə yollarını ayırdıqdan sonra italyan mütəxəssislə danışıqlar aparmağı planlaşdırır.
Qeyd edək ki, vaxtilə “Real”ı və Braziliya yığmasını çalışdıran Lüşemburqu 25 illik məşqçilik fəaliyyətində 24 dəfə iş yerini dəyişib.
Qeyd edək ki, vaxtilə “Real”ı və Braziliya yığmasını çalışdıran Lüşemburqu 25 illik məşqçilik fəaliyyətində 24 dəfə iş yerini dəyişib.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0