“Olimpik” və “Bakı”nın oyunçuları Moldova millisinə dəvət olunub
03.10.2008 - 12:14
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Dünya çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçirəcək Moldova milli komandasının heyəti açıqlanıb. “APA-Sport”un məlumatına görə, moldovalıların baş məşqçisi İqor Dobrovolski Azərbaycan Premyer Liqasında çıxış edən iki futbolçunu da yığmaya çağırıb. Oktyabrın 11-də Yunanıstan, 15-də Lüksemburqla görüşəcək millinin düşərgəsinə “Olimpik”dən Sergey Laşenkov, “Bakı”dan Aleksey Savinov dəvət olunub. Oktyabrın 8-də toplanışa yığışacaq Moldova millisində 26 oyun keçirən Laşenkov Yunanıstanla qarşılaşmada forma geyə bilməyəcək. Cəzalı olan müdafiəçidən fərqli Savinovun hər iki səfər görüşündə çıxış etmək şansı var.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0