Litmanen klub alır
03.10.2008 - 15:19
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Oktyabrın 11-də Azərbaycanla qarşılaşacaq Finlandiya yığmasının ən təcrübəli oyunçusu Yari Litmanen futboldan uzaqlaşmaq niyyətində deyil. “APA-Sport”un məlumatına görə, Yari fikrini karyerasını bitirəndən sonra nə etməklə bağlı suala yönəldib. Belə ki, 37 yaşlı yarımmüdafiəçi butslarını mismardan asdıqdan sonra funksioner kimi sevdiyi idman növünə xidmət etmək arzusundadır: “Çıxış etdiyim “Laxti” klubunun səhmlərini almaq istəyirəm. Düşünürəm ki, bundan sonrakı futbol fəaliyyətim də fəal və faydalı olacaq”.
Qeyd edək ki, peşəkar karyerasına 16 yaşında başlayan Yari vətənində “Reypas”, HİK, “MyuPa”, “Laxti”, həmçinin “Ayaks” (Hollandiya), “Barselona” (İspaniya), “Liverpul”, “Fulhem” (hər ikisi İngiltərə), “Hanza” (Almaniya) və “Malmö” (İsveç) klublarının şərəfini qoruyub. Finlandiya millisində 115 matçda 30 qol vuran Litmanen yığmamıza qarşı keçirdiyi 5 görüşün ikisində komandamızın qapısına yol tapıb.

- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0