“Levski” - “Jilina” görüşü qalmaqalla nəticələndi
03.10.2008 - 16:35
“Levski” - “Jilina” görüşü qalmaqalla nəticələndi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bolqarıstanın “Levski” və Slovakiyanın “Jilina” klubları arasında keçirilən qarşılaşma xoşagəlməz sonluqla nəticələnib. “APA-Sport”un məlumatına görə, bolqarıstanlı azarkeşlər sevimli komandalarının öz meydanında 0:1 hesabı ilə uduzmasını həzm edə bilməyiblər. 300-ə yaxın qəzəblənmiş fanat hirsini polislərdən çıxmaq qərarına gəlib. Futbol xuliqanları Sofiya polislərinin üstünə şığıyaraq onları əşya atəşinə tutub. Şüşə su qabları, daş, taxta, sındırılan oturacaq və pilləkənlərin hissələri, həmçinin başqa “silahlar”ı məğlubiyyətin “günahkarlarlnın” üzərinə yağdıran azarkeşləri sakitləşdirmək asan olmayıb. Oyun bitəndən cəmi 10 dəqiqə sonra stadionun arxasında başlayan “müharibəni” işıq vasitəsilə dayandırmaq olub. Həmin ərazi işıqlandırıldıqdan sonra xuliqanları dayandırmağa müyəssər olan polis ciddi itkilər verib. Cəmi 3 azarkeşi həbs etməyi bacaran polisin 6 üzvü xəstəxanalıq olub. Onların vəziyyəti ağır olmasa da müalicədən sonra bərpa prosesi keçmək üçün məzuniyyətə buraxılacaq dərəcədədir. Üç polis avtomobilini sındıran futbol xuliqanlarının da ikisi xəstəxanaya müraciət etməli olub.
0