Van der Sar sözünə dönük çıxdı
03.10.2008 - 17:16
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Hollandiya milli komandasının baş məşqçisi Bert van Merveyk “Mançester Yunayted”in qapıçısı Edvin van der Sarı yığmaya dəvət edib. “APA-Sport”un məlumatına görə, 2008-ci il Avropa çempionatından sonra milli karyerasını başa vuran qapıçı baş məşqçinin sözünü yerə salmayaraq təklifi qəbul edib. Merveyk yığmanın hər iki qapıçısının – Martin Stekelenburq və Henk Timmenin zədələnməsindən sonra Edvinin xidmətinə möhtac qalıb. 38 yaşlı əlcək sahibi yalnız qarşıdakı iki matçda – İslandiya və Norveçlə oyunda komandaya kömək edəcək.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0