Kəngərli rayonunda yeni stadion istifadəyə verilib
04.10.2008 - 10:11
Naxçıvan. C.Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda bir neçə idman meydançası istifadəyə verilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, Qıvraq qəsəbəsində 4 100 kv. metrlik sahəni əhatə edən 300 nəfərlik stadion inşa olunub. Eni 60, uzunluğu 100 metr olan bu stadionun kənarında qaçış zolağı çəkilib, ərazidə idman qurğuları quraşdırılıb.
Rayon ərazisində istifadəyə verilən süni örtüklü mini-futbol meydançasının isə eni 24, uzunluğu 40 metrdir. Meydançada işıqlandırma sisteminin quraşdırılması futbol oyunlarının axşam və gecə saatlarında da keçirilməsinə imkan verir.

- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0