Vayrinen yığmamıza “ilişdi”
07.10.2008 - 12:56
Vayrinen yığmamıza “ilişdi”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Çoxları bizim Almaniya ilə heç-heçə edəcəyimizi gözləmirdi. Lakin biz öz potensialımıza bələd idik”. “APA-Sport”un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının yarımmüdafiəçisi Mika Vayrinen deyib.

Yığmada keçirdiyi 38 matça 3 qol vuran 27 yaşlı futbolçu seçmə mərhələnin ilk oyununda Almaniya ilə heç-heçənin (3:3) təsadüf olmadığını bildirib. Vayrinen komandasının əsas bədbəxtçiliyindən gileylənib: “Əvvəllər də güclü rəqiblərdən xallar almışıq. Avro-2008-in seçmə mərhələsində Polşanı səfərdə məğlub etməyi, Portuqaliyadan evdə xal almağı biz bacarmışıq. Bizim bədbəxtçiliyimiz ondadır ki, Azərbaycan və ya Ermənistan kimi az tanınan komandalarla oyunlarda xal itiririk. Əgər belə oyunlardakı xallarımızı itirməməyi öyrənsək, üstəlik, favoritlərdən xal almaqda davam etsək final mərhələsinə vəsiqə qazanmağımız real görünər”.

Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Finlandiya – Azərbaycan oyunu oktyabrın 11-də baş tutacaq.
0