UEFA Türkiyədən yazıb
16.10.2008 - 14:44
UEFA Türkiyədən yazıb
Bakı - APA-Sport. UEFA-nın rəsmi internet saytında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Estoniya - Türkiyə oyunu ilə bağlı yazı yerləşdirilib. “APA-Sport”un məlumatına görə, Mixail Malkin tərəfindən hazırlanan məqalədə türklərin Tallində aşkar üstünlüyə malik olduqları qeyd olunub. Müəllif meydan sahiblərinin yalnız möcüzə sayəsində heç-heçə edərək ilk xalını qazandığını vurğulayıb.

Məqalədə diqqət çəkən məqamlardan biri də oyunun iştirakçıları ilə bağlıdır. Belə ki, əsas heyətdə meydana çıxan Xəlil Altıntopun adı ümumiyyətlə çəkilməyib. Müəllif onu əkiz qardaşı Həmit Altıntopla səhv salaraq çoxsaylı qol imkanlarını dəyərləndirə bilmədiyini vurğulayıb.

Qeyd edək ki, Almaniyanın “Bavariya” klubunda çıxış edən Həmit Altıntop uzun müddətdir zədə ucbatından meydana çıxa bilmir.
0