“Neftçi”də qalmaqal
16.10.2008 - 15:51
Bakı – APA-Sport. Oktyabrın 19-da Azərbaycan Premyer Liqasının VIII turunda “Xəzər-Lənkəran”la keçirəcəyi oyun öncəsi “Neftçi” klubunun düşərgəsində qalmaqal yaranıb. “APA-Sport”un məlumatına görə, komandanın futbolçuları Elnur Allahverdiyevlə Rəşad Sadiqov baş məşqçi Hans-Yurgen Gedenin qərarına məhəl qoymadan əvəzedici heyətə qatılmaqdan imtina ediblər. Hər iki futbolçu artıq bir neçə gündür ki, “Neftçi”nin məşqlərinə qatılmır.
Bu haqda Sadiqovun özü məlumat verib. 25 yaşlı yarımmüdafiəçi verdikləri qərarı çalışdırıcının heç bir səbəb göstərmədən, onları əsas heyətdən kənarlaşdırması ilə izah edib.
“İntertoto kuboku və Premyer Liqanın ilk turlarında yaxşı formada idik. Bu vaxt komandamıza baş məşqçi təyin olunan Gede bizi əsas heyətdən kənarlaşdırdı. Səbəbini soruşduqda “Mən belə istəyirəm” cavabını verdi. Aldığımız cavabdan sonra “Biz də belə istəyirik” deyərək, ümumiyyətlə, məşqlərə qatılmamaq qərarına gəldik. Çünki onun heç bir səbəb göstərmədən bizi əvəzedici heyətə göndərməsi ilə barışa bilməzdik”.
Sadiqov hazırkı baş məşqçi istefa verməyənədək, komandaya qayıtmayacaqlarını və qış transfer dövründə başqa kluba keçəcəklərini açıqlayıb. Futbolçu “Xəzər-Lənkəran”la matçda uzun müddət çıxış etdiyi klubu dəstəkləyəcəklərini söyləsə də, paytaxt təmsilçisinin qələbə şanslarını yüksək qiymətləndirməyib:
“Çünki 5 futbolçu milli komandanın düşərgəsindən yenicə qayıdıb. Rəşad Sadıqov, Rail Məlikov, Emin Cəfərquliyev, Aleksandr Çertoqanov və Araz Abdullayevin yorğun halda olacaqları şübhəsizdir. “Xəzər-Lənkəran”dan isə milliyə cəmi bir nəfər çağırılıb ki, o da ehtiyat qapıçı Kamran Ağayevdir. Tam heyətlə hazırlıq keçə bilmədiyi üçün “Neftçi”nin qələbə şanslarını aşağı qiymətləndirirəm” – deyə Sadiqov əlavə edib.
Qeyd edək ki, Lənkəran şəhər stadionunda keçiriləcək “Xəzər-Lənkəran” – “Neftçi” matçı saat 18:00-da başlanacaq.
Mənbə: lent.az

0
0