Türkiyə Estoniyanın futbol tarixinə düşdü
16.10.2008 - 16:07
Bakı - APA-Sport. Türkiyə yığması Estoniyanın futbol tarixinə düşüb. “APA-Sport”un məlumatına görə, Baltikyanı ölkənin milli komandası tarixi ərzində 3 ən böyük nailiyyətindən birini məhz Türkiyə üzərində qazanıb. Oktyabrın 15-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Tallində keçirilmiş oyun qolsuz bərabərliklə başa çatıb.
İndiyədək estoniyalılar iki belə uğura imza atmışdılar. Onlar 2002-ci il sentyabrın 7-də Avro-2004-n seçmə mərhələsində səfərdə Xorvatiya yığmasından bir xal alıblar (0:0). Bundan başqa, Estoniya komandası ötən dünya çempionatının seçmə mərhələsində (30 mart 2005-ci il) doğma meydanda Rusiyaya uduzmayıb - 1:1.
Ümumiyyətlə, Türkiyə və Estoniya yığmaları arasında baş tutan son 3 qarşılaşmada qalib müəyyənləşmir. Sözügedən kollektivlərin həm 1996-cı, həm də 2006-cı ildəki yoldaşlıq görüşləri də bərabərliklə nəticələnib (müvafiq olaraq, 0:0 və 1:1).

0
0