Ramiz Məmmədovun yubileyi...
16.10.2008 - 16:58
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov Azərbaycan Premyer Liqasının növbəti turunda yubileyini qeyd edəcək. “APA-Sport”un məlumatına görə, qəbələlilər 40 yaşlı mütəxəssisin rəhbərliyi altında 50-ci çempionat oyununa çıxacaq. Oktyabrın 18-də paytaxtda “Olimpik”in qonağı olacaq “Qəbələ” Məmmədovun rəhbərliyi altında ilk qarşılaşmasını da bu komandaya qarşı keçirmişdi. 23 ay əvvəl noyabrın 4-də öz meydanında “Olimpik”ə qarşı keçirilən görüşdə qəbələlilərin “sükanı” arxasında debüt edən Məmmədov 0:3 hesablı məğlubiyyətə üzülmüşdü. Bu müddətdə onun yetirmələri 17 qələbə qazanıb, 7 heç-heçə edib və 25 dəfə məğlub olub. Məmmədovun komandası 58 qol vuraraq 73-ü buraxıb.
Ümumilikdə isə “Olimpik”lə oyun “Qəbələ”nin indiki baş məşqçisinin komandada 60-cı matçı olacaq. Premyer Liqa və kubokda üst-üstə 20 qələbə və 10 heç-heçəsi olan qəbələlilər 29 dəfə meydanı başıaşağı tərk edib. Bu iyunlardakı top fərqi 68-84-dür.

0
0