Lippinin fantastik rekordu
16.10.2008 - 17:34
Bakı. Mehman Süleymanov - APA-Sport. İtaliya yığmasında növbəti rekordu baş məşqçi Marçello Lippi müəyyənləşdirib. “APA-Sport”un məlumatına görə, 60 yaşlı mütəxəssis dünya çempionatının seçmə mərhələsində Çernoqoriya ilə görüşdə qazandığı qələbə (2:1) ilə milli komandada məğlubiyyətsiz oyunlar seriyasını 30-a çatdırıb. Bununla, Lippi İtaliya yığmasının sabiq çalışdırıcısı Vittorio Pottsonun rekordunu təkrarlayıb. O, bu nailiyyətə görə fəxr etdiyini bildirib: “Yalançı təvazökarlığı sevmirəm, amma bu, fantastikadır. Belə bir böyük məşqçi ilə müqayisə olunmaq fəxr etməyə əsas verir. Bununla belə, əsas dünya çempionatının qalibi olmağımızdır və bundan sonra komandada yenidənqurma prosesi başlandı”.
Qeyd edək ki, Lippi iki il öncə İtaliya yığmasına dünya çempionluğunu qazandırıb.
Qeyd edək ki, Lippi iki il öncə İtaliya yığmasına dünya çempionluğunu qazandırıb.
- "Qalatasaray" Kamavinqaya elçi düşdü: 35 MİLYON AVRO
- Deniz Güllə razılıq əldə olundu - RƏSMİ
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
0
0