Karanın qara sindromu
16.10.2008 - 17:45
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran”ın baş məşqçisi Rasim Kara “Neftçi” ilə oyunlarda indiyədək qələbə qazana bilməyib. “APA-Sport”un məlumatına görə, türkiyəli mütəxəssis Azərbaycanda çalışdığı dövrdə 6 dəfə flaqmana qarşı komanda çıxarıb. Bu qarşılaşmaların üçündə bir xalla kifayətlənən 58 yaşlı baş məşqçi digər matçlarda məğlubiyyətlə barışmalı olub.
Lənkəran təmsilçisini çalışdırarkən Ağasəlim Mircavadovla üç dəfə üz-üzə gələn Kara yalnız bir xala sevinib. “Qarabağ”da işlədiyi dövrdə isə “Neftçi” üç ayrı-ayrı baş məşqçi ilə meydana çıxıb və Karanın yetirmələri bo oyunlarda flaqmanın qapısına yol tapa bilməyib. Qurban Qurbanova da uduzan türkiyəli məşqçi Vlastimil Petrjela və Anatoli Demyanenkonun yetirmələri ilə “sülh” bağlayıb.

tarix | oyun | hesab |
08.12.2004 | “Xəzər-Lənkəran” - “Neftçi” | 1:1 |
11.05.2005 | “Neftçi” – “Xəzər-Lənkəran” | 2:1 |
10.06.2005 | “Neftçi” – “Xəzər-Lənkəran” (Qızıl oyun, Gəncədə) | 2:1 |
27.04.2007 | “Qarabağ” - “Neftçi” | 0:2 |
25.11.2007 | “Neftçi” – “Qarabağ” | 0:0 |
17.05.2008 | “Qarabağ” - “Neftçi” | 0:0 |
0
0