“Xəzər-Lənkəran” - “Neftçi” oyunu canlı yayımlanacaq
17.10.2008 - 09:32
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasının qarşıdakı turunun mərkəzi oyunu olan “Xəzər-Lənkəran” – “Neftçi” görüşü canlı yayımlanacaq. “APA-Sport”un məlumatına görə, oktyabrın 19-da keçiriləcək matçın birbaşa yayımlanması barədə Lənkəran klubu ilə Az.TV arasında razılıq əldə olunub. Sadəcə, bu məsələyə bir qədər ehtiyatla yanaşma hər hansı dövlət tədbirinin görüşün canlı yayımını əngəlləməsi ilə bağlıdır. Ancaq bu baş verməzsə, azarkeşlər saat 18:00-da Lənkəran şəhər stadionunda başlayacaq maraqlı oyunu izləyə biləcəklər.
- "Qalatasaray" Kamavinqaya elçi düşdü: 35 MİLYON AVRO
- Deniz Güllə razılıq əldə olundu - RƏSMİ
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
0
0