Canaydının şirin yuxusu
17.10.2008 - 10:39
Bakı - APA-Sport. “Bu stadionun təməlinin atılması üçün o qədər əmək sərf etdim ki, indi də inşaat işləri yuxuma girir. Bir an belə fikrimdən çıxmır. Buradan keçərkən maşını saxlayıb görülən işlərə baxıb sevinirəm”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Qalatasaray” klubunun keçmiş prezidenti Özhan Canaydın söyləyib.
“Qalatasaray”ın gələcəyinin yeni tikilən stadiondan asılı olduğunu deyən Canaydın bu işin həyata keçməsi üçün 4 il əmək sərf etdiyini bildirib: “Stadion istifadəyə veriləndən sonra komandanın gəliri çoxalacaq. Bununla da yığılan borcu qaytarmaq mümkün olacaq. Bu Avropada üstü 20 dəqiqəyə açılıb-bağlanan ilk stadion olacaq. Təxminən 300 metrliyində isə metro inşa ediləcək”.
Qeyd edək ki, İstanbulun Seyrantəpə ərazisində tikilən və 52 min azarkeş üçün nəzərdə tutulan stadion 2009-cu ilin oktyabrında istifadəyə veriləcək.

0
0