“Foqtsun taktikası məni əsəbiləşdirməyə başladı”
17.10.2008 - 11:26
“Foqtsun taktikası məni əsəbiləşdirməyə başladı”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasından imtina edən Branimir Subaşiçin qərarına yığmanın baş məşqçisi Berti Foqts səbəb olub. “APA-Sport”un məlumatına görə, 26 yaşlı hücumçu almaniyalı çalışdırıcının seçdiyi oyun üslubunu bəyənmir. Subaşiç Serbiya mətbuatına verdiyi açıqlamada müdafiə futbolunun əleyhinə olduğunu vurğulayıb: “Yığmanın baş məşqçisi Berti Foqtsun taktikası məni bir az əsəbiləşdirməyə başladı. Bütün oyunu müdafiədə oturmaq taktikası ürəyimcə deyil”.


0