“Foqtsun yerinə olsaydım...”
17.10.2008 - 12:52
Bakı. Mehman Süleymanov - APA-Sport. “Subaşiçin hərəkətinə birmənalı qiymət vermək olmaz. Bunun üçün vəziyyəti ətraflı aydınlaşdırmaq lazımdır”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan milli komandasının məşqçisi Elxan Abdullayev deyib.
Milliləşən serbiyalı hücumçu Branimir Subaşiçin Azərbaycan yığmasından oynamaqdan imtina etməsinə münasibət bildirən 38 yaşlı mütəxəssis hadisələri qabaqlamamağı məsləhət bilir. Onun sözlərinə görə, Subaşiçin mətbuatda verdiyi açıqlama onun haqqında ölçü götürməyə əsas vermir: “Milli komandanın baş məşqçisinin adından danışa bilmərəm. Sadəcə, Foqtsun yerinə olsaydım, Subaşiçi çağırıb, ətraflı söhbət edib, probleminin nə olduğunu öyrənərdim. Mətbuatda söylənilən fikirlər hələ hər şey demək deyil. Futbolçu ola bilər ki, emosional vəziyyətdə bir fikir söyləyib, sonra isə başqa şey desin”.
Yığmamızın son oyunları zamanı Subaşiçlə bağlı problemin olmadığını deyən Abdullayev onun Bəhreyndə meydana çıxmamağına aydınlıq gətirib. Finlandiya ilə oyundan sonra Branimirin klubun düşərgəsinə qayıtmasını istisna etməyən məşqçi futbolçunun hərəkətinə haqq qazandırmır: “Bəhreynlə görüş FİFA-nın təqvimində nəzərdə tutulduğundan klub onu milliyə buraxmağa borcludur. Milli komanda oyuncaq deyil ki. Foqts rəsmi oyunla yoldaşlıq görüşünə fərq qoyan futbolçuya heç vaxt güvənməz. Milli komandanın son iki oyununa 21 futbolçu çağırılıb. Subaşiçi də hamı tanıdığından, başqa oyunçuları sınayırıq. Burada qəribə nə var ki?”

0
0