Şvaynştayger Bakını göstərdi
17.10.2008 - 12:53
Şvaynştayger Bakını göstərdi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Ola bilsin ki, qrupda ilk yerin taleyi Rusiya yığması ilə bir il sonra Moskvada keçirəcəyimiz oyunda həll olacaq. Ancaq tələsmək lazım deyil və qarşıda hələ çox görüşlər var”. “APA-Sport”un məlumatına görə, bu sözləri Almaniya milli komandasının və “Bavariya” klubunun yarımmüdafiəçisi Bastian Şvaynştayger deyib.

2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla eyni qrupda mübarizə aparan Almaniya yığmasının futbolçusu bildirib ki, ruslar üzərindəki 2:1 hesablı qələbə ilə kifayətlənmək düzgün deyil. Bastianın fikrincə, liderlərin qrupdakı digər komandalarla görüşündən çox şey asılı olacaq: “Elə fikirləşmirəm ki, qrupun qalibi olmaq gələn ilə Rusiya yığması ilə səfərdə keçirəcəyimiz oyundan asılı olacaq. Fikrimcə, ilk iki yerin taleyini hər şeydən öncə, Rusiya ilə Almaniyanın Uels, Finlandiya və Azərbaycanla necə oynamağı müəyyənləşdirəcək”.

Xatırladaq ki, qrupda ilk yeri tutan komanda 2010-cu ildə Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatına birbaşa çıxacaq. İkinci yerin sahibi isə pley-off oyunlarına vəsiqə qazanacaq. Almaniya və Rusiya yığması milli komandamızla gələn il görüşəcək. Rusların cari seçmə mərhələdə son oyununu 2009-cu il oktyabrın 14-də Bakıda olacaq.
0