Mostovoy “Neftçi” və “Kəpəz”dən danışdı
17.10.2008 - 13:41
Bakı. Mehman Süleymanov - APA-Sport. “Ayağımdakı böyük çapıqlardan birini 1987-ci ildə Bakıda almışam”. “APA-Sport”un məlumatına görə, bunu Rusiya yığmasının və Moskvanın “Spartak” klubunun sabiq futbolçusu Aleksandr Mostovoy deyib.
SSRİ çempionatında “Neftçi” ilə oyunu xatırlayan veteran futbolçu bildirib ki, Bakıda Respublika stadionunda vurduğu qol ona baha başa gəlib: “Həmin matçın fasiləsində soyunub-geyinmə otağında getrimi çıxaran zaman ayağımda deşiyin olduğunu və qan axdığını gördüm. Bununla belə, ikinci hissədə də oynadım. Sonradan yara öz-özünə sağaldı, amma çapıq getmədi”.
Artıq tarixin yaddaşına köçən “Kəpəz” klubunu da yada salan rusiyalı yarımmüdafiəçinin Gəncədəki oyun xatirəsində daha dərin iz buraxıb: “Final mərhələsinə çıxmaq uğrunda “Kəpəz”lə oyun həyatımda ən yaxşılardan biri oldu. Həmin vaxt 17 yaşım vardı. Rəqib futbolçular ayağıma vurub məni cərimə meydanında yerə yıxsalar da, belaruslu Vadim Jukun fiti susurdu. Məni növbəti dəfə yıxanda “Kəpəz”in saqqalı futbolçusu belə dedi: ay uşaq, sakitləş, onsuz da uduzacaqsınız. Əvvəlcə söhbətin nədən getdiyini başa düşmədim. İki hissədə hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu topun arxasınca qaçarkən cərimə meydanına üç metr qalmış yerə yıxıldı. O, sanki balıq kimi hovuza – düz müdafiəçimizin üzərinə tullandı. Juk dərhal penalti təyin etdi”.
Bundan sarsıntısı keçirdiyini vurğulayan Aleksandr hakimin üstünə qışqırdığını və komanda yoldaşlarının güclə onu kənara çəkdiyini söyləyib: “Bu hərəkətimə görə qırmızı vərəqə alıb stadionun yaxınlığında olan mehmanxanaya yollandım. Paltarımı dəyişdim və tanımadığım yerdə gəzirdim. Sonradan Oleq Romantsev də olmaqla, bütün komanda məni axtarırdı”.

0
0